L.Həmilton: “Şadam ki, ilk cərgədən start alırıq”

Son cəhdində səhv edərək Soçidə yalnız ikinciliklə barışan Lyuis Həmilton yekun nəticədən razı qaldığını bildirib.

F-1.az xatırladır ki, son cəhdində ilk sektorda rekorda imza atan britaniyalı sürücü ikinci sektorda buraxdığı səhv üzündən dövrəsini tamamlamadan boksa yollanıb, amma onun ilk cəhdində göstərdiyi nəticə rəqibləri üçün keçilməz olub…

Lyuis Həmilton: “Hər şeydən əvvəl, Valtterini təbrik etmək istəyirəm – bu həftəsonu Valtteri əla çıxış edir və işinin öhdəsindən məndən yaxşı gəldi. Tras gözəldir, hava fantastikdir və azarkeşlər gülərüzdürlər.

Həmişəki kimi sıralanmanın son sessiyasında gərgin mübarizə oldu, amma sonda hər iki cəhdimdə səhvə yol verdim. Hərçənd, həmişə hər şeyi düzgün etmək olmaz – səhvlər də bizim işimizin bir hissəsidir. Buna baxmayaraq, yarışda əla şansım olacaq. Komanda əla işlədi, ona görə də çox şadam ki, sabah biz ilk cərgədən start alırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*