L.Həmilton: “Rosberqdənsə Bottas yaxşıdır”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yeni komanda yoldaşı Valtteri Bottas əvvəlki komanda yoldaşı Rosberqə nisbətən daha sakit adamdır.

F-1.az xatırladır ki, Rosberq və Həmilton 2013-2016-cı illərdə komanda yoldaşı olmuş və cütlük arasındakı münasibət son həddə çatmışdı. İki sürücü 2014-2016-cı illərdə çempionluq uğrunda mübarizə aparmış və bunların ikisində Həmilton qalib gəldiyi halda, keçən il Rosberq xoşbəxt sonluğa çatmışdı.

Lakin almaniyalı sürücü 2016-cı ildə Dünya Çempionu titulunu qazandıqdan sonra istefa verərək, karyerasını başa vurmuşdu. Mercedes komandası onun əvəzinə Valtteri Bottasla müqavilə bağlamışdı. Finlandiyalı sürücü ilk 7 yarışdan sonra Həmiltonla yaxşı yola gedir.

Lyuis Həmilton: “Kanadada etdiyimi dubl Niko ilə etdiyimiz dubllardan daha yaxşıdır. Valtteri indiyə qədər məni çox dəstəkləyib və peşəkarlıq cəhətdən də fərqli səviyyədəyik. Komanda olaraq yaxşı nəticələrə fokuslanmışıq. Əgər o öndə olsa, mən onu dəstəkləyəcəm və ona kömək edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*