20 Oktyabr 2017, Cümə - 05:34

L.Həmilton: “Rosberq barədə heç nə düşünmürəm”

L.Həmilton: “Rosberq barədə heç nə düşünmürəm”

Müəllif: Rauf Hacıyev, redaktor

12:10 - 03 May, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sabiq komanda yoldaşı Niko Rosberq barədə heç bir şey düşünmür.

F-1.az xatırladır ki, uşaqlıqdan bir-birini yaxşı tanıyan və bir yerdə yarışaraq böyüyən Həmiltonla Rosberq Mercedes komandasının şərəfini qoruduqdan sonra münasibətləri korlanmışdı.

İki sürücü ardıcıl 3 mövsüm çempionluq uğrunda mübarizə aparmış və bunların ikisində Həmilton qalib gəldiyi halda, birində Rosberq zirvəyə yüksəlmişdi. Amma almaniyalı sürücü çempion olduqdan 5 gün sonra gözlənilmədən istefa vermişdi.

Lyuis Həmilton: “Rosberq barədə heç bir şey düşünmürəm. Komanda yoldaşı idik, bir neçə il bir yerdə işlədik və indi o, istefa verib. Ona uğurlar arzu edirəm. Keçən il çempionluğu əldən versəm də, ondan çox yarış qazandım. Həmişəki kimi sona qədər təslim olmadığım üçün özümlə fəxr duyuram. Bu qədər, bəsdir!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 466
Teqlər , ,
Paylaş

logo