L.Həmilton Rikkardoya xəbərdarlıq edib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton rəqibi Daniel Rikkardoya xəbərdarlıq edib. F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası Red Bull-la müqaviləsi ilin sonunda bitsə də, 28 yaşlı sürücü müqaviləni uzatmağa tələsmir. Lyuis Həmilton: "Sürücülər həmişə elə açıqlamalar verirlər ki, yarışdığı komandalar onlardan inciməsinlər. Bir sürücü hədəflərinə çatmaq üçün başqa komandada yarışmaq istəyə bilər, amma komandada çox adam işləyir və onları ruhlandıraraq hədəflərinizə çata bilərsiniz. Son illərdə pis qərarlar verib komandasını sarsan sürücülər oldu. Rikkardo hazırda əla yerdədir və Red Bull bu il çempion ola bilər".

Mercedes komandasının sürücüsü Lyuis Həmilton rəqibi Daniel Rikkardoya xəbərdarlıq edib.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün Red Bull komandası ilə müqaviləsi ilin sonunda bitsə də, 28 yaşlı sürücü müqaviləni uzatmağa tələsmir.

Lyuis Həmilton: “Sürücülər həmişə elə açıqlamalar verirlər ki, yarışdığı komandalar onlardan inciməsinlər. Bir sürücü hədəflərinə çatmaq üçün başqa komandada yarışmaq istəyə bilər, amma komandada çox adam işləyir və onları ruhlandıraraq hədəflərinizə çata bilərsiniz. Son illərdə pis qərarlar verib komandasını dəyişən sürücülər oldu. Rikkardo hazırda əla yerdədir və Red Bull bu il çempion ola bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*