20 Oktyabr 2017, Cümə - 21:53

L.Həmilton: “Rikkardonu keçmək mümkünsüz idi”

L.Həmilton: “Rikkardonu keçmək mümkünsüz idi”

Müəllif: Rauf Hacıyev, redaktor

10:09 - 10 İyul, 2017

Mercedes komandasının sürücü Lyuis Həmilton 8-ci yerdən başladığı Avstriya yarışında əlindən gələni etdiyini, amma bunun podiuma çıxmaq üçün bəs etmədiyini deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa rəqiblərinə nisbətən daha sərt tərkibli təkərlərlə başlasa da, pitə tez getməli olmuşdu. Amma üçqat Dünya Çempionu UltraSoft təkərlərə keçdikdən sonra daha yaxşı temp tutmuş və yaışın sonunda Rikkardoya bir neçə dəfə hücum etsə də, rəqibini keçə bilməmişdi.

Lyuis Həmilton: “Bir neçə dövrə olsa, Rikkardonu keçə bilərdimmi, bilmirəm. Əlimdən gələn hər şeyi etdim. Son dövrədə fürsətim var idi və hücum etdim. Amma Daniel daxili trayektoriyanı yaxşı tutdu və daha sonra yenidən yaxınlaşa bilmədim.

Bir neçə gündən sonra öz publikamın önünə çıxacağam. Ümid edirəm ki, Silverstounda problemsiz həftəsonu keçirərik və qalib gələrəm. Burada çətinliklərə baxmayaraq, 4-cü ola bildim və xoşbəxtəm. Bu gün əla performans göstərən Valtterini təbrik edirəm. Bütün həftəsonu ərzində sürətli idi və layiq olduğu qələbəni qazandı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 025
Teqlər , , , ,
Paylaş

logo