L.Həmilton: “Red Bull əlçatmaz görünür”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Red Bull komandası Meksikada əlçatmaz görünür.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” Rodriges qardaşları adına trasda keçirilən cümə sərbəst yürüşlərində əlçatmaz olublar. Həmilton lider Ferstappendən 1.4 saniyə geri qalıb.

Lyuis Həmilton: “Bolid bəzi yerlərdə yaxşı olsa da, bəzi yerlərdə zəifdir. İndi isə bütün xırdalıqlara baxıb suallara cavab tapmalıyıq. Red Bull hazırda əlçatmaz görünür. Ferrari də bizim kimidir. Amma mübarizə aparmaq üçün buradayıq. Əlimizdən gələni edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*