20 Oktyabr 2017, Cümə - 05:38

L.Həmilton: “Red Bull daha güclü idi”

L.Həmilton: “Red Bull daha güclü idi”

Müəllif: Rauf Hacıyev, redaktor

14:02 - 01 Oktyabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Red Bull Malayziyada onlardan daha güclü olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlasa da, Maks Ferstappen onu qabaqladığı üçün ikinciliklə barışmalı olub.

Lyuis Həmilton: “Çətin yarış idi. Bütün həftəsonu ərzində qalib gələcək tempimiz yox idi və əlimdən gələnin ən yaxşısını etdim. Red Bull bu gün çox sürətli komanda idi və onlara gücümüz çatmırdı. İndi isə çox işləyib çatışmayan tərəflərimizi tapmalıyıq. Maksı təbrik edirəm. Əla iş gördü və özünə yaxşı ad günü hədiyyəsi etdi. Çempionatda işlər hələ də yaxşı gedir. Zəif olduğumuz trasda rəqiblərimizlə fərqi artırdıq və buna görə sevincliyəm. Yenə də önümüzdə yarışlar çoxdur və işləməyə davam etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 140
Teqlər , , ,
Paylaş

logo