L.Həmilton: “Red Bull ayrı liqadadır”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Red Bull komandası hazırda ayrı liqadadır.

F-1.az xatırladır ki, Red Bull komandası 5 illik fasildən sonra Meksika yarışına ilk cərgədən başlayacaq. Üçüncü yerdəki Həmilton lider Rikkardodan 0.135 saniyə geri qalıb.

Lyuis Həmilton: “Onları məğlub etmək mümkünsüzdür. Danieli təbrik edirəm. Onlar çox sürətlidirlər, öz liqalarında çıxış edirlər. Xüsusən də, orta sektorda onlara yaxınlaşmaq mümkünsüz idi. Bacardığım qədər onlara yaxınlaşdım və sevincliyəm. Üçüncü yer də pis deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*