L.Həmilton: “Qırılmayan materialdan hazırlanmamışam”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Formula1-in Mark Markes kimi ulduzlara ehtiyacı var.

F-1.az bildirir ki, MotoGP-də yarışdığı 5 mövsümün 4-də Dünya Çempionu olan Mark Markes bu yaxınlarda Toro Rosso komandası ilə testlər etmişdi. Qeyd edək ki, daha əvvəl MotoGP-dən Formula1-ə keçən, hətta, Dünya Çempionu olsa da, Formula1-dən MotoGP-yə heç bir sürücü keçməyib.

Lyuis Həmilton: “Məncə, Markes ilə test etmək maraqlı və həyəcanlı idi. Formula1 belə bir əfsanənin gəlməyinə sevinər. O, F1 ilə maraqlanır. Məncə, motosiklet yarışçılarının Formula1-ə keçməsi daha asan olur. MotoGP-yə keçsəm, sümüklərim tezliklə sınıq-sınıq olar. Keçmişdə MotoGP sürücülərinin Formula1-dəki uğurlarından xəbərdaram. Amma mən MotoGP-də sadə bir test belə etsəm, əminəm ki, yıxılıb yaralanacam. Bu uşaqlar yıxılmağı bilirlər və performanslarının son həddindədirlər. Mən isə qırılmayan materialdan hazırlanmamışam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*