L.Həmilton: “Qələbəyə layiq idik”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, cümə günündən etibarən ən sürətli komanda olduqları üçün qalib gəliblər.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlayıb və əsas rəqibi Fettellə fərqi saxlayaraq mövsümdəki 5-ci qələbəsini qazanıb.

Lyuis Həmilton: “Bütün həftəsonu ərzində çox güclü idik. Boksdakı bütün işçilər əllərindən gələni etdilər və layiq olduğumuz qələbəni qazandıq.

Buraya ilk dəfə 1996-cı ildə atamla gəlmişdim. Yeganə xəyalım yarışlar qazanıb Dünya Çempionu olmaq idi. İndi burada yenidən podiumun ən yüksək pilləsində dayanmışam. Heç kim xəyallarından əl çəkməməlidir. Əgər çox işləsəniz, bunları reallaşdırmaq mümkündür.

Təhlükəsizlik avtomobili bizim işimizi çətinləşdirdi. Amma bilirdik ki, bolidimiz güclüdür və buna görə də həyəcanlanmadım. Ferrari əla iş gördü. Onları da təbrik etmək lazımdır. Növbədə İtaliya Qran Prisi var. Montsada qalib gəlmək həmişə vacib və xüsusidir. Ora Ferrari-nin evidir və motivasiya ilə yarışacaqlar. Ümid edirəm ki, bizim üçün gözəl həftəsonu olar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*