L.Həmilton: “Rosberq qələbəyə layiq idi”

Lyuis Həmilton komanda yoldaşı və çempionatdakı yeganə rəqibi Niko Rosberqin həftəsonu boyunca çox güclü olduğunu və yaxşı yarışdığını, qələbəyə layiq olduğunu bildirib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Sinqapur Qran Prisinə 3-cü yerdən başlamış, Kimi Rəykkönen tərəfindən keçilməsinə baxmayaraq yenidən yerini qaytararaq podiumun son pilləsinə yüksələ bilmişdi. Çempionatdakı liderliyi əldən verən Lyuis komanda yoldaşının qələbəyə layiq olduğunu bildirib: “Bu, mənim ən çox sevindiyim podium deyil. Amma qeyd etməliyəm ki, Niko əvvəldən sonra qədər olduqca sürətli idi və qələbəyə layiq idi. Onu təbrik edirəm. Sinqapur Qran Prisi mənim üçün yaxşı keçmədi. Çətin həftəsonu oldu. Buna baxmayaraq, podiuma çıxdığım üçün sevinirəm. Vacib xallar qazandım.

Yarış zamanı əyləclər çox isinmişdi və yavaşlamağa məcbur idim. Rəqiblərimi uzaqdan izləyirdim. Problemi həll etməyə çalışırdım. Mənə dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm. Mübarizəyə davam edəcəyəm.Çempionatdakı vəziyyət keçən ilkindən fərqlidir, amma hələ çox yarış var. Qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*