25 Sentyabr 2018, Çərşənbə axşamı - 21:48

L.Həmilton Pol Rikarı bəyənmir

L.Həmilton Pol Rikarı bəyənmir

Müəllif: Elçin Zodorov, redaktor

13:05 - 28 Dekabr, 2017

F-1.az bir daha bildirir ki, Fransa gələn il təqvimə qayıdır – Le Kastelledəki mərhələ iyunun 24-də baş tutacaq.

Şübhəsiz ki, fransız sürücülər ev yarışlarını səbirsizliklə gözləyirlər. Lakin Həmilton onlarla eyni fikirdə deyil.

Lyuis Həmilton: “Sizinlə açıq danışacam: Tras mənim xoşuma gəlmir. Manyi Kur daha yaxşı idi. Söz yox ki, Pol Rikar çox gözəl yerdə yerləşir, lakin Manyi Kur kimi deyil.

Əsas məsələ odur ki, Fransa Qran Prisi qayıdır. O, həmişə təqvimin Avropa hissəsinin ən mühüm yarışlarından olub. Bildiyiniz kimi, Fransada Le Man kimi olduqca gözəl tras var. Lakin nədənsə təqvimə salınmayıblar. Mən sürücüyəm və deyirəm, ola bilər ki, Le Kastelledə mövsümün ən maraqlı yarışını görərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 197
Teqlər , , ,
Paylaş

logo