L.Həmilton özünü təkmilləşdirməyə davam edəcək

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, hələ təkmilləşib daha da güclü ola bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü keçən mövsümün ilk hissəsindən sonra ikinci yerdə olsa da, yay fasiləsindən sonra 5 yarış qazanaraq, 4-cü dəfə Dünya Çempionu olmuşdu.

Lyuis Həmilton: “Keçən il əla keçdi. Amma qüsursuz deyildi. Hələ təkmilləşə bilərik. Mən 9, Valtteri 3 yarış qazandı. Təqvimdə 20 yarış var və biz hamısında qalib gəlmək istəyirik. Təkmilləşmək mümkündür. Mövsümün əvvəlində enişli-yoxuşlu performans göstərdik. Ancaq daha sonra gözəl nəticələr alaraq çempion olduq. Komandamla qürur duyuram.

Düşünürəm ki, bu il McLaren komandası Renault mühərriyi ilə zirvəyə yaxınlaşacaq. Ferrari yenə sürətli olacaq. Bizi gözəl bir mövsüm gözləyir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*