L.Həmilton: “Növbəti yarışlarda güclü olacağıq”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Monakodakı sıralanma turunda yaxşı nəticə alıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü son cəhdində ən sürətli 1-ci sektor zamanı ilə gəlsə də, yekunda 3-cü olub.

Lyuis Həmilton: “Danieli təbrik edirəm. Bütün həftəsonu ərzində əla iş görərək bu nəticəyə layiq olduğunu göstərdi. Əslində əlimdən gələni etdim. Son cəhdimdə öndə olsam da, üstünlüyümü sona qədər qoruya bilmədim.

Sabah bizi uzun yarış gözləyir. Hər şey mümkündür. İkinci sessiyada rəqiblərin başqa təkərlərdən istifadə edəcəyini gözləsəm də, olmadı. Görək sabah necə olacaq.

Təkərlərin asfaltla ilişməsi yaxşı deyildi. 21 yarışlıq təqvimdə güclü olmaq lazımdır. Monako isə Red Bull üçün daha əlverişlidir. Buna görə də narahat deyilik. Növbəti yarışlarda yenə güclü olacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*