L.Həmilton: “Nəticələr yaxşılaşacaq”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, mövsümə əla başlayıblar.

F-1.az xatırladır ki, britaniyalı sürücü Avstraliyada cümə günü hər iki sessiyada da birinci yeri tuta bilib.

Lyuis Həmilton: “Bizim üçün gözəl gün idi. Bolidə yenidən minmək həzz verdi. Komandaların real vəziyyətini ilk dəfə burada görəcəyik. Buna görə də həyəcanlıyıq. Öndə olduğumuz üçün xoşbəxtəm. İkinci sessiya daha çox həzz verdi. Ya mən temp itirdim, ya da rəqiblərimiz gücləndilər.

Barselonadan sonra təkərlərlə bağlı problem yaşamadıq. Bolid də keçənilkinə nisbətən sürətlidir. Döngələrdə özümü yaxşı hiss edirəm. Yağış yağmasa, nəticələr yaxşılaşacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*