L.Həmilton nəticədən razı qalıb

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, İtaliyada sıralanma turundakı nəticəsindən razıdır.

F-1.az xatırlaıdr ki, britaniyalı sürücü Ferrari sürücülərinə qarşı heç nə edə bilməyib və 3-cü yeri tutub.

Lyuis Həmilton: “Sırlalanma turu mükəmməl keçdi. Kimini təbrik edirəm. Əla dövrə vurdu. Ferrari-nin bizdən güclü olduğunu bilirdik. Quru havada onları keçmək üçün bəxt lazım idi. Bugünkü fərq cümə günü ilə eyni idi. Bu gün onların işini çətinləşdirmək istəyirdim. İlk cəhdimdə bunu etdim. İkinci cəhdim də pis deyildi. Sessiya ərzində mübarizə əla idi və həzz aldım. Ferrari-ni məğlub etmək üçün əlimdən gələni edirəm.

Bu il çox inkişaf ediblər. Düzlüklərdə bolidin tempi yxşı idi. Bəlkə, yarışda daha güclü ola bilərik. Düzlüklərdə çox vaxt itiririk. Səbəbini isə bilmirəm. Sebastyan düz arxamda idi və buna görə də hava kisəmə girdi. Valtteri də mənə kömək elədi. Bu trasda hava kisəsinin təsiri böyükdür. Amma bu gün Kimi əla iş gördü”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*