L.Həmilton nə etdiyini bilir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Braziliyadakı həftəsonuna yaxşı başlayıblar.

F-1.az xatırladır ki, britaniyalı sürücü Braziliya Qran Prisinin cümə sərbəst yürüşlərində trasın mütləq rekordunu qırıb…

Lyuis Həmilton: “Yaxşı gün idi. Builki bolidlərlə İnterlaqosda sürmək həzz verdi. Fiziki cəhətdən daha güclü olmalısınız və bu hal mükəmməldir. Bu gün hava isti idi, amma əyləncəli gün idi. Yarış və sıralanma tempində getdik. Amma təkərlər dözmədi. Buna görə də yarış tempində daha az getdik. Lazım olan sazlanmaları tapmışıq, məlumatları toplamışıq. Həftəsonuna yaxşı başladıq və yaxşı vəziyyətdəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*