L.Həmilton mühərrik limitindən narazıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Avstraliyada güc qurğusunu qorumaq üçün qənaət rejimində sürüb.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda ən yaxın rəqibinə 0.6 saniyə fərq atsa da, yarışda ikinci olmuşdu.

Lyuis Həmilton: “Mühərrik çox qızırdı və bu hələ mühərriklə 6 yarış keçirməliyəm. Limitdə sürürdüm və hava da isti idi. Eyni zamanda mühərriyi korlamamaq üçün gərgin idim. Yarışın sonunda düşündüm ki, onu keçə bilməyəcəm. Təkərlərim yeyilirdi. Var qüvvəmlə sürürdüm və 7 xala görə hər şeyi riskə atırdım. Mühərriyi qoruyub növbəti yarışları düşünməli idim. Bu isə mənim fəlsəfəmə uyğun gəlmir. Çünki finiş xəttinə qədər yarışmaq istəyirəm. Fiziki cəhətdən özümü yaxşı hiss etsəm də, yanacaq, təkər və mühərriyi qorumaq üçün yavaşlamalı oluruq. Bu hal fanlar üçün yaxşı deyil. Çünki mübarizənin sona qədər davam etməsini istəyirlər. Amma mən də mövsümü 3 mühərriklə bitirməliyəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*