L.Həmilton Monster ilə müqavilə bağlayıb

Lyuis Həmilton komandası Mercedes-in əsas sponsorlarından olan Monster Energy ilə müqavilə bağlayıb.

F-1.az bildirir ki, britaniyalı sürücü Monster ilə böyük məbləğli sponsor müqaviləsi bağlayıb.

Lyuis Həmilton: “Monster Energy ilə müqavilə imzaladığım üçün sevincliyəm. Bunu neçə illərdir arzulayırdım. Monster Energy çox adlı-sanlı markadır. Bu marka çoxlu idman növünə sponsorluq edir. Bu müqavilənin hesabına Monster idmançıları ilə işləmək və yaxından tanış olmaq şansım olacaq”.

Xatırladaq ki, Formula1-də 3 ədəd enerjili içki markası var – Red Bull, Hype və Monster.

https://instagram.com/p/BRHAk0igDX7/

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*