15 Dekabr 2017, Cümə - 23:38

L.Həmilton: “Monakoda mənəvi güc lazımdır”

L.Həmilton: “Monakoda mənəvi güc lazımdır”

Müəllif: Rauf Hacıyev, redaktor

14:09 - 23 May, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Monako yarışında mənəvi cəhətdən güclü olmaq lazımdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü Monakonun dar küçələrində 2 dəfə qalib gəlməklə, 5 dəfə podiuma yüksəlib.

Lyuis Həmilton: “Qaçmamışdan əvvəl gəzməyi öyrənmək lazımdır. Tempi təkmilləşdirmək və sıralanma turunun son sessiyasında ən yaxşı nəticəni göstərmək lazımdır. Bu tras mənəvi güc tələb edir. Qəti və qərarlı olmaq lazımdır. Təcrübəli olmaq burada işimizə yarayacaq. Çünki sazlanma edərkən təcrübədən istifadə edə bilərsən.

İndiki bolidlər daha enli və sürətlidirlər. Buna görə çətin olacaq. Bolidi mümkün qədər limitlərdə sürmək və harada olduğumuzu görmək üçün əla fürsətdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 885
Teqlər , , ,
Paylaş

logo