23 Oktyabr 2017, Bazar ertəsi - 14:00

L.Həmilton Monakoda 3-cü qələbəsini qazanmaq istəyir

L.Həmilton Monakoda 3-cü qələbəsini qazanmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

06:03 - 21 May, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Monako yarışında karyerasının üçüncü qələbəsini qazanmaq istəyir.

F-1.az xatırladır ki, Həmilton 2008-ci və 2016-cı illərdə Monakoda qalib gəlməklə, daha 3 dəfə (2007-ci, 2014-cü və 2015-ci illərdə) podiuma yüksəlib.

Lyuis Həmilton: “Bu mövsüm hər şeydən əvvəl stabil olmaq lazımdır. Bir yarış əvvəl lider olduğunuz halda, növbəti yarışdan sonra geriyə düşə bilərik. Bu cür mövsümdə çempion olmaq asan deyil. Hər yarışdan maksimum nəticə almalıyıq. Nəticədə mövsümün sonunda ən çox yarış qazanan yox, ən stabil sürücü çempion olacaq. Hazırda mövsüm yeni başlayıb və çempionatda önə keçməyin xəyalını qurmuram. Məqsədim hər yarışı qazanmaqdır.

Barselona yarışında qalib olmaq o demək deyil ki, Monakoda da qalib olacam. Buna görə də bütün diqqətimi Monakoda uğur qazanmaq üçün toplayacam. Monte Karloda sıralanma tempinin çox vacib olduğunu bilirik. Bütün gücümüzü sıralanma turunda yaxşı nəticə göstərmək üçün istifadə edəcəyik. Ferrari yenə də bizə çox yaxın olacaq. Ümid edirəm ki, yaxşı performans göstərərək, dubl edərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 221
Teqlər , , ,
Paylaş

logo