L.Həmilton: “Mexaniklərim həmişə yaxşı işləyiblər”

Lyuis Həmilton Monako yarışında builki ilk qələbəsini qazandıqdan sonra mexaniklərinə güvəndiyini təkrarlayıb və bildirib ki, bu qələbə onlara rahatlıq gətirib.

F-1.az xatırladır ki, son iki ilin Dünya Çempionu Lyuis Həmilton yeni mövsümə problemlərlə başlamışdı. İlk yarışlarda çoxlu mexaniki problemlərlə üzləşən Həmilton, builki ilk qələbəsini Monakoda qazanıb.

Lyuis Həmilton: “Son 5 yarış hər şeyin mümkün olduğunu göstərdi və mənim başıma pis hadisələr gəldi.

Mən bilirəm ki, inkişaf etməliyik. Hələ də problemlər var və səhvlər olur. Buna görə də komanda olaraq inkişaf etməliyik. Hazırda əvvəlki illərə nisbətən daha çox təzyiq altındayıq, çünki digər komandalar artıq aradakı fərqi bağlayıblar. Amma hələ də kiçik problemlər ortaya çıxır.

Amma əsas olan komanda olaraq yüksəlməyimizdir, çünki biz ən böyük komandayıq. Bir neçə sahəyə nəzarət etməliyik. Bu qələbə mənim mexaniklərim üçün əlavə motivasiya oldu. Çünki indiyə kimi onlar çox gərgin idilər”.

Həmilton bildirib ki, mexanikləri işləyəndə onları müşahidə edir: “Qarajın bir tərəfindən Dünya Çempionunun bolidinə keçmək heç də asan deyil. Eyni sözlər Fernandoya və Sebastyana da aiddir. Burada işlər belə gedir.

Mən çempion kimi bu bolidi idarə edirəm və yaxşı iş görməliyəm. Bu problemlərə görə yaxşı işləmədiklərini hiss etdilər, amma onlar həmişə yaxşı işləyiblər.

Yarışı qazanmağımız onları rahatlandırdı və həmişə mənim yanımda olduqları üçün onlara təşəkkür edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*