16 Dekabr 2017, Şənbə - 15:03

L.Həmilton Mercedes-in mətbuat konfransını tərk edib

L.Həmilton Mercedes-in mətbuat konfransını tərk edib

Müəllif: Elçin Zodorov, redaktor

12:55 - 08 Oktyabr, 2016

Mercedes AMG pilotları hər yarışda Mercedes-in təşkil etdiyi mətbuat konfransında iştirak edirlər. Suzukada bu gün təşkil edilən konfransda suallara cavab vermək istəməyən Lyuis oranı tərk edib.

F-1.az xəbər verir ki, ona uzadılan mikrofonu götürən Lyuis bir anlıq duruxub və cümə axşamı təşkil olunan mətbuat konfrasında Snapchat-a baxmaq məsələsinə görə özünə hörmətsizlik edildiyini bildirərək zalı tərk edib. O, deyib: “Üzünüzdəki təbəssüm yox olacaq. Bura suallarınıza cavab vermək üçün gəlməmişəm. Mənə dəstək olan hər kəsə hörmət edirəm və burada çoxlu insan var. Onların kim olduqlarını hamı bilir. O gün məqsədim sizə hörmətsizlik etmək deyildi və belə etdiyimi də düşünmürəm. Sadəcə bir qədər əyləndim. Təəssüf ki, bəziləri bundan istifadə etdi və başqa formada qələmə verdi. Buna görə də indi burada oturmaq niyyətim yoxdur. Hamıdan üzr istəyirəm. Sizə xoş həftəsonu keçirməyi arzulayıram”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 179
Teqlər , ,
Paylaş

logo