17 Dekabr 2017, Bazar - 12:11

L.Həmilton: “Mercedes-ə 100% güvənirəm”

L.Həmilton: “Mercedes-ə 100% güvənirəm”

Müəllif: Elçin Zodorov, redaktor

09:42 - 03 Oktyabr, 2016

Malayziya Qran Prisində qələbəyə çox yaxın olarkən motoru partlayaraq yarışı yarımçıq dayandırmalı olan Lyuis olduqca sərt açıqlamalar verərək kimlərinsə onun çempion olmasını istəmədiyini bildirmişdi.

F-1.az xəbər verir ki, komandanın yığıncağındakı müzakirələrdən sonra Lyuis daha sakit açıqlamalar verib.

Lyuis Həmilton: “Əslində məni başa düşməlisiniz. Bir tərəfdə son 2 ildəki möhtəşəm uğurlarımız var və bunlar üçün minnətdaram. Komanda çox yaxşı və intensiv işləyir. Baş vermiş hadisəyə görə hamımız məyusuq. O anda maşından çıxarkən keçirdiyim hissləri izah etmək çətindir. Hələ bu, yarışda lider olarkən baş veribsə… Mercedes bu günə qədər sürücülərə 43 motor verib və əlavə 3 motor mənə aiddir. Bütün problemlər məni tapıb.

Bütün bunlara baxmayaraq, komandaya 100% güvənirəm. Onlarla 4-cü ildir ki, işləyirəm və həmişə ədalətli olublar. Buranı sevirəm. Onlar olmasaydı, son 2 çempionluğumu əldə edə bilməzdim. Bütün bunlar mənim üçün bir sınaqdır. Mübarizəyə davam edəcəyəm. Necə enməyiniz yox, necə yüksəlməyiniz önəmlidir. Bu, təkcə mənim üçün yox, hamı üçün belədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 198
Teqlər , , ,
Paylaş

logo