21 Sentyabr 2018, Cümə - 06:16

L.Həmilton: “McLaren-dən doğru zamanda ayrıldım”

L.Həmilton: “McLaren-dən doğru zamanda ayrıldım”

Müəllif: Rauf Hacıyev, redaktor

16:07 - 06 Mart, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, McLaren-dən doğru zamanda ayrılıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü karyerasına 2007-ci ildə McLaren-də başlamış və 2008-ci ildə ilk Dünya Çempionluğunu qazanmışdı. Formula1 tarixinin ilk qaradərili Dünya Çempionu 2012-ci ilin sonunda doğma komandasından ayrılaraq, Mercedes-ə transfer olunmuşdu. “Gümüşü oxlar”ın heyətindəki ilk ilində 4-cü olan Həmilton son 4 ildə daha üç çempionluq qazana bilib.

Lyuis Həmilton: “Mercedres layihəsinin uzun müddətli olduğunu anlamışdım. Sözün açığı, bu qədər tez zamanda çempion olmaq təəccüblü idi. 2013-cü ildə McLaren-də qala bilərdim, çünki MP4-27-nin daha güclü versiyasını sürəcəkdik. Lakin 2014-cü ildən çox şeyin dəyişəcəyini bilirdim. Məntiqli davranmağa çalışdım. McLaren-də qalsam, 2013-cü ildə çempion ola bilərdim. Bəs mən çempionluq istəyirdim, ya uzun müddətdə daha yaxşı performans? Mən uzunmüddətli düşünürəm. 2013-cü ildəki çempionluq ehtimalından imtina etdim. Mercedes-ə keçərək o dövr üçün riskli qərar verdim. Amma risklər olmasaydı, həyat darıxdırıcı olardı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 138
Teqlər , ,
Paylaş

logo