13 Dekabr 2018, Cümə axşamı - 02:01

L.Həmilton: “Massa mənə məsləhət verib, qəza etdi”

L.Həmilton: “Massa mənə məsləhət verib, qəza etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

12:19 - 11 İyun, 2016

Lyuis Həmilton bildirib ki, Felipe Massa ona “Formula1-ə fokuslanmalıdır” dedikdən sonra braziliyalının qəza etməsi, çox qəribədir.

F-1.az xatırladır ki, Lyuis Həmilton son iki ildə Dünya Çempionu titulunu qazansa da, şəxsi həyatına görə tez-tez gündəmə gəlir. Britaniyalı bu il turnir cədvəlində Rosberqdən geri qalsa da, Monako yarışında qələbə qazandıb. Ancaq Felipe Massa Həmiltonun Formula1-ə fokuslanmadığını düşünür: “O, Formula1-dən sonrakı həyatı üçün hazırlaşır və bu, onun karyerası üçün problem yarada bilər. Bəlkə də diqqətini yarışlara verə bilmir. Diqqətini cəmləməlidir. Buna görə də yaşam tərzinə fikir verməlidir”.

Massa bu sözlərindən sonra Kanada QP-nin birinci sərbəst yürüşlərində qəza edib.

Həmilton bu hadisədən sonra fikirlərini bildirib: “Felipe Massanın mənim barəmdə “yarışlara fokuslanmalıdır” deməsindən sonra bu qəzası qəribə oldu. Birinci döngədə qəza etdi! Mən işimə çox yaxşı fokuslanıram və məncə, bunu göstərirəm. Göstərməyə də davam edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 242
Teqlər , , , ,
Paylaş

logo