21 Yanvar 2018, Bazar - 16:06

L.Həmilton Londonun nüfuzlu rayonundan ev alıb

L.Həmilton Londonun nüfuzlu rayonundan ev alıb

Müəllif: Elçin Zodorov, redaktor

10:17 - 12 Dekabr, 2017

Bu barədə Britaniya mətbuatı məlumat verib.

F-1.az xəbər verir ki, məlumata görə, dördqat dünya çempionu Londonun Kensinqton rayonundan aldığı ikimərtəbəli malikanə üçün 18 milyon funt sterlinq ödəyib. 1860-cı ildə tikilmiş bu evin əvvəlki sahibləri Burberry şirkətinin sabiq baş modelyeri Kristofer Beyli və maliyyəçi Ben Qoldsmit olublar.

Əmlak şirkətinin açıqlamasına görə, evin sahəsi 500 kv.metrdən çoxdur. Evdə yeddi yataq otağı var. Geniş həyətdə qaraj, başqa bir kiçik tikili və avtopark sahəsi mövcuddur.

Daily Mail-in məlumatına görə, Lyuisin bu evdə yaşayıb-yaşamayacağı məlum deyil, çünki onun Monte Karlo və Nyu Yorkda ümumi dəyəri 34 milyon funt sterlinq olan evləri var.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 45
Teqlər ,
Paylaş

logo