20 Noyabr 2018, Çərşənbə axşamı - 02:06

L.Həmilton: “Liberty yaradıcı olduğunu göstərməlidir”

L.Həmilton: “Liberty yaradıcı olduğunu göstərməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

07:16 - 08 Aprel, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton sürücülərin heç bir şey edə bilmədiyi cümə gününün kompensə edilməsini istəyir.

F-1.az xatırladır ki, sürücülər cümə günü boyunca trasda cəmi 15 dəqiqə işləyə biliblər.

Lyuis Həmilton: “Bizi televizorda izləyən və buraya gələn fanlara görə çox məyusam. Amma bu cür vəziyyətlər üçün bir planımız olmalıdır. Gün bitdi, amma şənbə günü 3 sərbəst yürüş, bazar günü səhər sıralanma turu edib və sonra da yarışa bilərik. Məncə, çox adam bu tələbə müsbət yanaşa bilər. Formula1-in yeni sahibləri yaradıcı olduqlarını göstərməlidirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 564
Teqlər , , ,
Paylaş

logo