19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:43

L.Həmilton komandasının mükəmməl yeniliklərinə güvənir

L.Həmilton komandasının mükəmməl yeniliklərinə güvənir

Müəllif: Rauf Hacıyev, redaktor

09:16 - 09 İyun, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Kanadada komandasının mükəmməl yenilikləri hesabına Ferrari-ni qabaqlamaq istəyir.

F-1.az xatırladır ki, Mercedes komandası hazırda Mühəndislər Kubokunda Ferrari-dən 16 xal geridə qalır. Almanlar sonuncu Monako yarışında podiuma yüksələ bilmədilər, lakin Ferrari həmin yarışda bu mövsüm ilk dəfə dubl edən komanda oldu.

Lyuis Həmilton: “Hazırda Ferrari ən sürətli komandadır. Amma Mercedes olaraq problemləri həll etməyə çalışırıq. Ümid edirəm ki, bunu Kanadada bacaracağıq. Bu həftəsonu yaxşı performans göstərməyimizə kömək edəcək çoxlu yeniliklərimiz var. Lakin Mercedes-in Ferrari-ni qabaqlaması üçün elə də böyük yeniliklərə ehtiyac yoxdur.

Son yarışdan sonra üzərində işlədiyimiz çoxlu məlumatlar var idi, lakin bu nöqtədə hər hansı bir həll yolumuz yoxdur. Təhlik etdik və problemi tapdır. Əsl tərəqqi bu həftəsonu olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 076
Teqlər , , ,
Paylaş

logo