L.Həmilton: “Komanda ilə fəxr edirəm”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, komandası ilə fəxr edir.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlayıb və finişdə rəqibləri üzərində böyük üstünlüyə malik olub. Dördqat Dünya Çempionu finişə komanda yoldaşı Bottasdan 20 saniyə tez çataraq karyerasında 64-cü qələbəsinə sevinib.

Lyuis Həmilton: “Doğrudan da, mükəmməl komandam var. Hamısı ilə fəxr edirəm. Boliddə istədiyim enerjini hiss etdim və bu, mövsümdə ilk dəfə idi. Bəli, yeni mövsüm bizim üçün arzuolunan deyildi və burada hər şeyə yenidən başlamalı idik. İlk iki yeri qazanıb Ferrari-ni təzyiqə salmaq istəyirdik. Bütün Mercedes idarəçiləri burada idi və gücümüzü hamıya göstərə bildik. Komanda bir yerdə işlədi və bunu yarışda göstərdik. Buraya gələn fanatlara təşəkkür edirəm. Bizi çox yaxşı dəstəklədilər. Bu qələbəni onlara hədiyyə edirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*