26 Sentyabr 2018, Çərşənbə - 12:48

L.Həmilton: “Komanda əmri verilməlidir”

L.Həmilton: “Komanda əmri verilməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:08 - 28 Aprel, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, komanda əmrləri xüsusi anlarda verilməlidir.

F-1.az xatırladır ki, Bəhreyn yarışında Bottasa komanda yoldaşı Həmiltonu irəli buraxması üçün əmr verilmişdi.

Lyuis Həmilton: “Bütün yarışlara eyni cür yanaşırıq. Qalib gəlmək istəyirik və bunun üçün nə lazımdırsa, etməliyik. Ümumilikdə, komanda əmrini düzgün saymıram, amma xüsusi vəziyyətlərdə – yarışı qazanmaq xüsusi vəziyyətdir – bu cür fədakarlıqlar etməliyik. Bu hal mənim də başıma gəlsəydi, eyni cür hərəkət edərdim. Buradakı əsas məqsəd komandanın yaxşı nəticə göstərməsidir. Buna görə də komanda üçün hər şeyi etməliyik. Onsuz da Bəhreyndə komandaya demişdim ki, Sebastyana yaxınlaşa bilməsəm, yerimi Valtteriyə qaytaracam. O arxa təkərləri işlətməkdə çətinlik çəkirdi və rəqabətədavamlı deyildi. Komanda olaraq hər şeyi qazanmaq istəyirik və buna görə də əlimizdən gələni edəcəyik. Valtteri son yarışda yetişkin kimi davrandı. Ona da təşəkkür edirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 253
Teqlər , ,
Paylaş

logo