17 Dekabr 2017, Bazar - 12:07

L.Həmilton: “Kimlərsə çempion olmağımı istəmirlər!”

L.Həmilton: “Kimlərsə çempion olmağımı istəmirlər!”

Müəllif: Elçin Zodorov, redaktor

16:21 - 02 Oktyabr, 2016

Motoru partlayan britaniyalı sürücü BBC kanalının suallarını cavablayarkən olduqca sərt sözlərdən istifadə edib.

F-1.az xatırladır ki, Malayziya Qran Prisində böyük üstünlük əldə edən və qələbəyə çox yaxın olan Həmiltonun maşınının motoru partlamış və o, yarışı yarımçıq saxlamalı olmuşdu. Çempionatda yenidən liderliyə yüksəlmək üçün böyük şans əldə edən, lakin finişə çata bilməyərək Rosberqlə arasındakı artan xal fərqinə görə Lyuis əsəbi olduğunu gizləməyib…

Lyuis Həmilton: “Mercedes-ə suallarım var. Çox sayda motor itirmişik. Peletonda səkkiz sürücü Mercedes motorundan istifadə edir, lakin ancaq mənim motorlarımda problemlər meydana çıxır. Kimsə mənə bunların cavabını verməyə məcburdur. Bunu qəbul edə bilmirəm. Kimlərsə və ya nələrsə çempion olmağımın əleyhinədirlər. Bu, yeni motor idi. Cəmi bir yarışda istifadə edə bildim. Belçikada götürdüyüm 3 motordan biri idi. Mercedes bu il təxminən 43 motordan istifadə edib, lakin ancaq mənim motorlarım partlayıb”.

Lyuis aradakı xal fərqinə baxmayaraq, çempion olmağa hələ də ümid bəsləməsinə baxmayaraq, nələrin baş verəcəyini bilmədiyini də deyib: “Vəziyyət belədir və irəliləməliyəm. Bu həftəsonundakı kimi sürməyə davam etməliyəm. Bu maşınla yarışları başa vuraram? Bilmirəm. Hələ 5 yarış var. Mühəndislərim, mexaniklərim və mən belə şeylərin ola biləcəyindən xəbərdarıq. Lakin kim bilir ki, digər motorlarım necə olacaq? Başımı aşağı salıb sürəcəyəm və ən yaxşı şeylərin baş verməsinə ümid edəcəyəm. Edə biləcəyim başqa şey yoxdur. Komandam bu həftə əla işlədi və əlimizdən gələn hər şeyi etdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 203
Teqlər , , ,
Paylaş

logo