12 Dekabr 2017, Çərşənbə axşamı - 02:59

L.Həmilton: “Karyeramı bitirməyəcəm”

L.Həmilton: “Karyeramı bitirməyəcəm”

Müəllif: Rauf Hacıyev, redaktor

16:10 - 23 Sentyabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Formula1-dən çox həzz alır və təqaüdə çıxmaq fikri yoxdur.

F-1.az xatırladır ki, britaniyalı sürücü hazırda ən yaxın rəqibi Sebastyan Fetteli 28 xal qabaqlayaraq, turnir cədvəlinə inamla liderlik edir.

Lyuis Həmilton: “8 yaşımdan bəri yarışların içindəyəm və bundan həzz alıram. Bu işdən bezsəydim, çoxdan təqaüdə çıxardım. Son 5-6 ildə karyeramın ən yaxşı dövründəyəm və buna görə də çox işləyərək, bütün titulları qazanmaq istəyirəm. Əsas məqsədim budur.

Formula1-dən həzz almasam, pula görə bu işi görməyəcəm. Onda təqaüdə çıxacam və həzz alacağım başqa işləri görəcəm. Amma yaxın müddətdə bunun olacağını düşünmürəm. Məqsədim daha çox çempionluq qazanmaqdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 023
Teqlər ,
Paylaş

logo