20 Oktyabr 2017, Cümə - 05:30

L.Həmilton: “İstedadlı sürücülərlə yarışmaq gözəldir”

L.Həmilton: “İstedadlı sürücülərlə yarışmaq gözəldir”

Müəllif: Rauf Hacıyev, redaktor

16:05 - 11 Oktyabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, istedadlı sürücülərlə mübarizə apardığı üçün şanslıdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü son iki yarışda gənc Maks Ferstappenlə mübarizə aparıb.

Lyuis Həmilton: “Arxa düzlükdə gedərkən öz-özümə “arxamdakı uşaq məndən çox kiçikdir, ötməsinə icazə verməməliyəm” dedim. 32 yaşım olsa da, özümü gənc hiss edirəm. Uzun illər burada gənc sürücülərlə yarışa bilərəm. Belə istedadlı sürücülərlə eyni dövrdə yarışdığım üçün şanslıyam. Hamısından bir şey öyrənə bilirsiniz. Məndən sonra da yarışmağa davam edəcəklər, ancaq burada olduğum müddətdə onlarla rəqabətə davam edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 346
Teqlər , ,
Paylaş

logo