L.Həmilton: “İnanmadım”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton önündə Sebastyan Fetteli görəndə inanmayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü birinci pit-stoplara qədər liderlik etsə də, virtual təhlükəsizlik maşını rejimindən istifadə edən Fettel pitə gələrək, trasa Həmiltonun önündə trasa qayıdıb.

Lyuis Həmilton: “Əlimdən gələni etdim. Belə olmasını heç kəs istəməzdi. Hələ də necə oldu anlamıram. Təhlükəsizlik avtomobili çıxdı və mən düzlüyə çıxırdım. Birdən son anda Ferrari-nin öndə olduğunu dedilər. Fettelin pitdə olduğunu bilmirdim. Yarış bitənə qədər inana bilmədim. Mühəndislər izah edəndən sonra anlayaram. Bu vəziyyətdən qurtulmaq üçün əlimdən gələni etdim. Riskə getdim və bütün xallarımı itirə bilərdim. Burası əla tras olsa da, ötmə etmək çətindir. Axırda mühərriyi qorumaq qərarına gəldim. Məncə, ən məntiqlisi bu idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*