11 Dekabr 2018, Çərşənbə axşamı - 13:43

L.Həmilton: “Hər saniyədən zövq aldım”

L.Həmilton: “Hər saniyədən zövq aldım”

Müəllif: Rauf Hacıyev, redaktor

11:09 - 07 Oktyabr, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton sonuncu Yaponiya yarışında qalib gəlsə də, hesab edir ki, çempionluq barədə düşünmək hələ tezdir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Suzukada qalib gələrək bu mövsüm ardıcıl 4-cü qələbəsini qazanıb və ən yaxın rəqibi Fettellə fərqi 67 xala yüksəldib.

Lyuis Həmilton: “Düzünü desəm, çempionluq barədə düşünmürəm. Bu həftə yaxşı keçsə də, növbəti yarışda hər şey ola bilər. Məncə, bu il daha güclü idik və Ostin bizim üçün düşərli trasdır. Bu canavarı orada sürmək üçün səbirsizlənirəm. Çox xoşbəxtəm, çünki komanda bütün həftəsonu ərzində güclü idi. Bu dubl Mercedes üçün əla oldu və gücümüzü göstərdik. Bu tras dünyanın ən yaxşısıdır. İndiki dövrdə niyə belə traslar tikilmir anlamıram. Yarışın hər saniyəsindən zövq aldım. Təkərlərimi istədiyim kimi qoruyub hər şeyə nəzarət edə bilirdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 234
Teqlər
Paylaş

logo