L.Həmilton: “Hələ çempion deyilik”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton çempionluq barədə danışmağın hələ tez olduğunu düşünür.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün ilk yarısından sonra ən yaxın rəqibi Fetteldən 24 xal qabaqdadır.

Lyuis Həmilton: “Məncə, danışmaq üçün tezdir. Builki enişli-yoxuşlu performansımızı gördünüz. Bir dəfə qabağa keçirik, sonra yenidən geriləyirik. Amma çox şey öyrəndik. Çempionluq hələ əlimizdə deyil. Önümüzdə hələ 9 yarış var. Hər şey ola bilər və buna görə də yaratdığımız təzyiqi qorumalıyıq. Heç nəyi dəyişməyə ehtiyac yoxdur. Məncə, iş əxlaqımız çox güclüdür. Komanda əla vəziyyətdədir.

Hokkenhaymda sıralanma turunda bizi məhv etdilər. Yağış yağmasaydı, Macarıstanda da eynisini edəcəkdilər. Buna görə də yağışlı yarışları istəyərik. Növbədə Sinqapur yarışı olacaq və sevmədiyimiz trasdır. Bu il zəif olduğumuz traslarda yaxşı nəticələr aldıq. Amma güclü olduğumuz traslarda da maksimumu almalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*