L.Həmilton: “Hamı eyni addımı atdı”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Mercedes və Ferrari gətirdikləri yeniliklərlə eyni addımı atıblar.

F-1.az xatırladır ki, komandalar bu mövsüm ən böyük yenilik paketini İspaniya yarışına gətiriblər. Barselonada cümə sərbəst yürüşlərindən sonra Mercedes əsas rəqibi Ferrari-ni 0.3 saniyə qabaqlayıb.

Lyuis Həmilton: “Qətiliklə deyə bilərəm ki, irəli doğru atılmış addımlardır. Hamı buraya çoxlu yeniliklər gətirmək üçün çox işlədi. Daha güclü olmaq üçün əla işlər gördülər. Hamımız irəliyə doğru addım atdıq. Heç nə dəyişmədi. Ferrari ilə fərq 0.1 saniyədir və bu Rusiyadakına çox bənzəyir. Həm Ferrari, həm də Mercedes eyni addımı atdılar.

Yeniliklər gətirmək üçün komanda çox işlədi. Qış testlərindən sonra ilk dəfə buraya gəldim və iki bolid arasında gecə-gündüz qədər fərq var. İstədiyimiz şey inkişaf idi və bunu bacardıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*