21 Noyabr 2018, Çərşənbə - 22:13

L.Həmilton Halodan razıdır

L.Həmilton Halodan razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

17:11 - 23 Fevral, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, vaxt keçdikcə Haloya öyrəşəcəklər.

F-1.az xatırladır ki, Mercedes Motorsport-un rəhbəri Toto Volff Halodan narazı olduğunu və mişarla kəsmək istədiyini deyib.

Lyuis Həmilton: “Komanda Halonu bolidə yerləşdirmək üçün yaxşı işlədi və gözəl görünməsi üçün əllərindən gələni etdilər. Bunun gələcəyini bilirdik və bir neçə yarış sonra hiss etməyəcəyik. Tez-tez köhnə bolidlərə baxıb, onların eybəcər olduğunu düşünürsünüz. Təhlükəsizliyi inkişaf etdirmək üçün inqilabın ilk addımıdır. Lakin ağır sistemdir və bolidlər ağırlaşır.

Mümkün olduqca müsbət düşünməyə çalışıram. Bolidlər hər mövsüm ağırlaşır. Bu da əylənmə nöqtələrinə təsir edir. Əyləclər son həddə olur və son illərdə bu sahədə inkişaf yoxdur. Karbon texnologiyası məhduddur və bu hal işləri çətinləşdirir. Ümid edirəm ki, bolidlər daha da ağırlaşmaz. Ancaq gələn ildən etibarən sürücülər və oturacağın ağırlığı 80 kiloqram olacaq. O zaman istədiyim şeyləri edəcəm. Keçmişdə yüngül maşınlar var idi və ötmə etmək asan olurdu. Mübarizə apararkən hərəkət etmək də rahat idi. Lakin bolidlər ağırlaşdıqca yavaşlayırsınız”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 180
Teqlər , ,
Paylaş

logo