24 Oktyabr 2018, Çərşənbə - 08:57

L.Həmilton: “Günün bitməsini istəmirəm”

L.Həmilton: “Günün bitməsini istəmirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

02:36 - 22 Oktyabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sıralanma turundan həzz alıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü ABŞ-dakı sıralanma turunda 1:33.108-lik rekord göstərici ilə poul qazanıb.

Lyuis Həmilton: “Trasda külək güclü idi və işlər heç də asan olmadı. Xüsusən də ilk sektorda küləyə qarşı gedirdik və bu sürüşü çətinləşdirirdi. Amma komanda bizə əla bolid verərək, işimizi asanlaşdırdı. Sözün açığı, özümü yaxşı hiss edirəm. Hər şey bizim üçün yaxşı idi. Sıralanma turu bir neçə saat da davam etsə, problem yaşamazdım. Cümə və şənbə günü əldə etdiyimiz məlumatları ən yaxşı formada dəyərləndirərək, gözəl nəticə aldıq.

Burada çempion olmaq üçün şansım var, amma bunun üçün Seb böyük səhv etməlidir. O, dördqat Dünya Çempionudur və səhv edəcəyinə inanmıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 863
Teqlər , , ,
Paylaş

logo