12 Dekabr 2018, Çərşənbə - 13:46

L.Həmilton: “Geriyə düşdüyümü nəzərə alsaq, yaxşı nəticə əldə etdim”

L.Həmilton: “Geriyə düşdüyümü nəzərə alsaq, yaxşı nəticə əldə etdim”

Müəllif: Elçin Zodorov, redaktor

12:02 - 20 Mart, 2016

Son 2 ilin çempionu Lyuisin qələbə həsrəti bu yarışda da davam edib.

F-1.az-ın xəbər verdiyi kimi, yarışa ən öndən başlayan ingilis pilotun startı uğursuz olub. O, trasdan çıxdığı üçün 7-ciliyə qədər geriləsə də, Rosberqin qalib gəldiyi yarışda olduqca vacib 18 xala yiyələnib.

Lyuis Həmilton: “Startda geriyə düşsəm də, ikinci oldum və məncə, bu, böyük nailiyyətdir. Ferrari-nin bizimlə mübarizə aparacağını gözləyirdik. Məncə, dünən sıralanma turunun son seansında daha bir dövrə vursaydılar sürətli olardılar. Fettel məni izləyərkən həyəcanlandım. Amma təəssüf ki, bu tras daha yaxın mübarizəyə imkan vermir. Startda yer itirdim, amma yaxşı ki, hər hansı bir toqquşma baş vermədi. Yarışa ən qabaqdan başlayaraq sona qədər birinci yerdə getmək yaxşı hissdir. Amma hər şey həmişə istədiyimiz kimi olmur. Alonso və Qutyerresin qəzasında heç kim yaralanmadığı üçün sevinirəm. Yeddincilikdən 2-ci yerə yüksəlmək mənim üçün bonus sayıla bilər. Qarşıda uzun bir mövsüm var…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 299
Teqlər , , , , , ,
Paylaş

logo