L.Həmilton Ferstappeni təəccübləndirib

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Həmiltonun çox şeylə məşğul olmasına təəccüblənib.

F-1.az bildirir ki, britaniyalı sürücü tez-tez müxtəlif kokteyllərdə və tədbirlərdə iştirak etsə də, bu il mövsümün bitməsinə 2 yarış qalmış çempionluğu təmin edib.

Maks Ferstappen: “Sosial şəbəkələrdə əksər sürücüləri izləmirəm. Sözün açığı, bu mövzu ilə maraqlanmıram. Sadəcə Daniel, Lyuis və Pyer Qaslini izləyirəm. Həmilton necə bu qədər tədbirə qoşulur anlamıram.

Çox işlə məşğuldur. Bu qədər gərgin bir qrafikada hər şeyə necə çatır? Belə həyatı olsa da, əla mövsüm keçirdi və çempion oldu. Deməli hər şeyə vaxt ayırmaq mümkündür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*