19 Noyabr 2017, Bazar - 01:26

L.Həmilton: “Ferstappen mənə motivasiya verir”

L.Həmilton: “Ferstappen mənə motivasiya verir”

Müəllif: Rauf Hacıyev, redaktor

20:18 - 01 Noyabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, gələn il Maks Ferstappenlə mübarizəyə əvvəlcədən hazır olmalıdır.

F-1.az xatırladır ki, hollandiyalı vunderkind son yarışlarda britaniyalı sürücünün başına əsl bəla olub. Malayziya yarışında Ferstappen rəqibi Həmiltonu keçərək, yarışı qazanmış, Yaponiyada isə son döngəyə qədər iki sürücü arasında mübarizə getmişdi.

Lyuis Həmilton: “Gələn il daha güclü olmaq istəyirəm. Əminəm ki, Ferrari və Red Bull gələn il daha güclü olacaqlar. Hər il işimiz daha da çətinləşir. Buna ən yaxşı formada hazırlaşmalıyıq. Formula1 yatmır. Həmişə bir hadisə baş verir və yeni gələnlər də mənim yerimi almaq istəyirlər. Hamı ilə mübarizə aparmaq üçün özümü təkmilləşdirməliyəm. Rəqiblərimin artması mənim üçün gözəldir. Belə olan halda motivasiyamı yüksək tuta bilirəm.

Xüsusən də, Maksın gələcəkdə daha güclü olacağına əminəm. Onunla çempionluq uğrunda mübarizə aparmaq istəyərəm. Ümid edirəm ki, gələn il güclü mühərrikləri olar və mübarizənin içində olarlar. Bu, idman üçün də gözəl olacaq. Hazırda Formula1-də çoxlu istedadlı sürücülər var və onlarla eyni dövrdə yarışdığım üçün şanslıyam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 994
Teqlər , ,
Paylaş

logo