17 Dekabr 2017, Bazar - 10:10

L.Həmilton: “Ferstappen bizim üçün təhdiddir”

L.Həmilton: “Ferstappen bizim üçün təhdiddir”

Müəllif: Rauf Hacıyev, redaktor

09:23 - 14 İyul, 2016

Lyuis Həmilton Maks Ferstappenin son yarışlardakı uğurlarından sonra bildirib ki, hollandiyalı sürücü onlar üçün böyük bir təhdiddir.

F-1.az xatırladır ki, Ferstappen Red Bull ilə çıxdığı ilk yarışda Mercedes-lərin mübarizəni dayandırmasından istifadə edərək, karyerasının ilk qələbəsini qazanmışdı və Formula1 tarixinin qələbə qazanan ən gənc sürücüsü olmuşdu.

Ferstappen son iki yarışı podiumda bitirdikdən Lyuis Həmilton hollandiyalı sürücünün performansından çəkinməyə başlayıb. Britaniyalı sürücü RB12-nin Mercedes-i məğlub edə biləcəyini düşünür: “Biz bilirdik ki, onlar sürətli olacaqlar. Yarışdan əvvəl bizə dedilər ki, onlardan 0.5 saniyə sürətliyik. Aramızdakı fərqin bu qədər böyük olub-olmadığını bilmirdim, amma onlardan sürətli idik. Maks əla yarışdı və güclü sürücü olduğunu hamıya göstərməyə davam edir”

Mercedes Motorsport-un rəhbəri Toto Volff da Ferstappeni tərifləyib: “Red Bull bolidləri yağışda çox yaxşı işləyir və daha çox asfalta yatma qüvvəsi hasil edirlər. Ancaq Maksın yarış tempini görməməzlikdən gəlmək olmaz. O, bolidini yaxşı idarə edir. O göstərdi ki, altında güclü bir bolidi olsa, hamı ilə mübarizə apara bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 122
Teqlər , , , ,
Paylaş

logo