L.Həmilton: “Ferrari yarış tempində güclüdür”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Bəhreyndə cümə sərbəst yürüşlərindən sonra Ferrari-nin yarış tempində daha güclü olduğunu deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərini Sebastyan Fettelin 0.284 saniyə gerisində 5-ci yerdə bağlayıb. 32 yaşlı sürücü havanın çox isti olmasından şikayətlənib: “Ön qrup bir-birinə çox yaxındır və bu da sıralanma turunun daha çətin keçəcəyini göstərir. Xüsusən də ikinci sərbəst yürüşlərdə bolidi anlamaq üçün çox iş gördük və Ferrari-yə çox yaxın idik. Yarış tempində isə onlardan geridəyik. Bəzi sahələrdə inkişaf etməliyik. Havanın isti olması da fiziki cəhətdən işimizi çətinləşdirir. Bəhreyndə buna qarşı heç bir şey edə bilmirik və bu hala öyrəşməliyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*