L.Həmilton: “Ferrari yarış tempində güclüdür”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Rusiyada cümə günü keçirilən sərbəst yürüşlərdən sonra bildirib ki, Ferrari yarış tempində çox sürətlidir və onları məğlub etmək üçün tezliklə özlərinə gəlməlidirlər.

F-1.az xatırladır ki, britaniyalı sürücü cümə gününü Fettelin 0.709 saniyə gerisində qalaraq bağlayıb.

Lyuis Həmilton: “Bizim üçün çətin gün oldu. Lazımi sazlanmaları edərək trasa çıxsaq da, Ferrari çox sürətli idi və onlara çatmaq üçün çox işləməliyik. Təkərlərin performansı birdən düşür və buna görə də doğru zamanda pitə girməliyik. Ümid edirəm ki, sabah daha yaxşı performans göstərərək, fərqi bağlayarıq. Bu gün təkərlər barədə aldığımız məlumatları təhlil edəcəyik. Buraya qələbə üçün gəlmişik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*