20 Oktyabr 2017, Cümə - 09:09

L.Həmilton: “Ferrari qərarını verib”

L.Həmilton: “Ferrari qərarını verib”

Müəllif: Rauf Hacıyev, redaktor

17:02 - 29 May, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Rəykkönen Ferrari-nin rəsmən ikinci sürücüsüdür.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Monako yarışına birinci yerdən başlasa da, komandası onu erkən pitə çağırmış və komanda yoldaşı Fettel trasda daha çox qalaraq pit-stopdan sonra liderliyi komanda yoldaşından almışdı.

Qeyd edək ki, Həmilton bu il Valtteri Bottasın köməkliyi ilə Barselonada qalib gəlmiş və Bəhreyndə ikinci olmuşdu.

Lyuis Həmilton: “Bu yarışdan sonra anladım ki, Ferrari Fetteli birinci sürücü kimi seçib. Lider gedən sürücü strategiyadan sonra nadir hallarda ikinci yerə düşür. Üstünlük Kimidə olsa da, komandası onu daha tez çağıraraq, Sebastyana qələbə üçün imkan yaratdı.

Mən Mercedes-də bu cür vəziyyət olması üçün komanda ilə danışmamışam. Valtteri əla performans göstərir və trasda kim sürətlidirsə, o da yarışda qalib gələcək. Yarış qazanmaq şansımız olanda belə strategiyalara əl ata bilərik, lakin 1-ci və 2-ci yerlərdə gedərkən, bunu etmək doğru olmaz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 109
Teqlər , , , , , ,
Paylaş

logo