20 Fevral 2018, Çərşənbə axşamı - 11:40

L.Həmilton Ferrari-nin sükanı arxasında

L.Həmilton Ferrari-nin sükanı arxasında

Müəllif: Elçin Zodorov, redaktor

11:27 - 20 Yanvar, 2016

Son iki ilin dünya çempionu Lyuis Həmilton lüks həyat tərzinə davam edir. Həmilton maaşını Mercedes sükanı arxasında qazansa da, deyəsən, onun da zəif nöqtəsi bir çox Formula1 pilotu kimi Ferrari-nin qırmızı rəngidir.

F-1.az xəbər verir ki, ingilis pilot şənbə günü Beverli Hilldə yerləşən restorana 1,1 milyon funt sterlinq dəyərində olan Ferrari LaFerrari avtomobili ilə gedib.

Paparasilərin obyektivinə tuş gələn Həmilton Hipster tərzli geyimi ilə də diqqətləri cəlb edib.

Qeyd edək ki, LaFerrari cəmi 499 ədəd istehsal olunub. Ümumilikdə 963 at qüvvəsi hasil edən 6,3 litrlik hibrid mühərrikə sahib superkarın maksimal sürəti 350 km/saatı keçir. Həmiltonun maşınını digər LaFerrari-lərdən fərqləndirən cəhət tavanın qara yox, qırmızı rəngdə olmasıdır.

Qış tətilini tamamilə istirahətinə sərf edən ingilis pilot səxsi instaqram hesabından tez-tez idman zallarında çəkdirdiyi şəkilləri paylaşaraq formadan düşmədiyini götərir.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 378
Teqlər , , ,
Paylaş

logo