L.Həmilton: “Ferrari bu il güclənib…”

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Ferrari komandası bu il güclənib və onlara daha da yaxınlaşıb...

F-1.az xəbər verir ki, Ferrari komandası yeni mövsümə çempionluq hədəfi ilə başlayır. İtalyanlar mövsümöncəsi testlərdə sürətli görünürdülər.

Lyuis Həmilton Ferrari komandasını dəyərləndirib: “Sözün düzü, bu il bizi sıx mübarizə gözləyir. Ferrari bu il güclənib. Mən belə düşünürəm.

Yenə də bilmək olmaz, bizim bolidimiz güclüdür, amma Ferrari keçən ilin sonunda çox güclü idi və bu il də xeyli inkişaf edib.

Mövsümöncəsi testlərdə yarış tempində fantastik dövrələr atdılar. Mən düşünürəm ki, onlar testlərə bütün yeniliklərini gətirməmişdilər. Ona görə də fikirləşirəm ki, onlar Avstraliya QP-yə sürətli paketlə gələcəklər.

Siz mübarizə görəcəksiniz və mən də bunu istəyirəm. Hamı idmanda mübarizə istəyir. Ona görə də həyəcanlıyam”.

Mercedes AMG-nin digər sürücüsü Niko Rosberq də Ferrari barədə danışıb: “Testlərdə komandaların yanacaq yükü barədə məlumatımız olmur, ancaq təxminən bilmək olar. Onlar bizə çox yaxın görünürlər. Ona görə də diqqətli olmalıyıq”.

Mercedes Motorsport-un direktoru Toto Volff da rəqiblərini dəyərləndirib: “Biz istədiyimiz qədər məsafə qət etdik və düşünürəm ki, qələbə uğrunda mübarizə aparmalıyıq.

Ferrari də güclü idi və yarış tempində və tək dövrədə sürətli görünürdülər.

Hər şey Avstraliya QP-də məlum olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*