L.Həmilton: “Ferrari bizim üçün təhlükə deyil”

Britaniyalı sürücü cümə günü keçirilən ikinci sərbəst yürüş sessiyasında Fettelin birinciliyindən narahat olmadığını bildirib.

F-1.az xatırladır ki, Sebastyan Fettel ilk sessiyada lider Həmiltondan 0.079 saniyə geri qalsa da, ikinci sessiyada 0.004 saniyə fərqlə birinci olmuşdu.

Lyuis Həmilton: “Əsl nəticələri şənbə günü görəcəyik. Bizdən sürətli olacaqlarını düşünmürəm. Çox sürətli görünürlər, lakin bizim qədər sürətli deyillər. Mən dünən real nəticəmi göstərmədim. Hər şey maraqlı olacaq, ümid edirəm ki, bizimlə mübarizə apara bilərlər. Sərbəst yürüşlər yaxşı keçdi – çox məsafə qət etdim. Cümə günündən çox şey öyrəndik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*